"Şimal axını 1" və "Şimal axını 2" qaz kəməri marşrutlarında iki partlayış qeydə alınıb
Trend-in məlumatına görə, bu barədə İsveçin Milli Seysmik Şəbəkəsi bildirib. Bu faktlarla bağlı daha ətraflı araşdırmalar aparılır. Partlayışlardan birinin maqnitudası 2,3 bala bərarər olub. Qeyd edək ki, bu gün gecə saatlarından etibarən "Şimal axını" ilə Rusiyadan Şimali Avropaya qaz nəqli tamamilə dayandırılıb.