Şaxtaya baxmayaraq Laçın-Xankəndi yolundakı dinc aksiya 76 gündür davam edir
Qarlı hava şəraitinə baxmayaraq, azərbaycanlı ekofəalların Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dinc etiraz aksiyası 76 gündür davam edir. Aksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı Azərbaycan, rus və ingilis dillərində mütəmadi olaraq plakatlar qaldırır, şüarlar səsləndirirlər. Yoldan Rusiya sülhməramlılarına məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.
Vüsalə Cənnətova