Şamaxıda evlərdən silsilə oğurluqlar edən şəxs saxlanılıb
Şamaxıda 4 evdən ümumi dəyəri 1600 manatdan artıq olan- mobil telefonlar, fotoaparat, planşet, televizor avadanlıqları və digər əşyalar oğurlanıb. Cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini Zamir İmanov elə “iş başında” yaxalanıb. O, ifadəsində rayon ərazisindəki yaşayış olmayan daha 40-a yaxın mənzildən oğurluq etdiyini və əldə etdiklərini yaşadığı evin həyətyanı sahəsindəki tövlədə gizlətdiyini bildirib.
Nərgiz Camalzadə