Şamaxıda avtomobil dərəyə aşıb, ölən var
Abşeronda naməlum avtomobil Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yolu keçən piyada Abşeron rayonu, Nübar qəsəbə sakini, 1959-cu il təvəllüdlü Cavadi Gülayə Ələkbər qızını vuraraq öldürüb. Şamaxıda isə avtomobil dərəyə aşıb, qadın ölüb. Belə ki, 1990-cı il təvəllüdlü Əkbərli Emil Rafail oğlu idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yoldan sağa çıxaraq dərəyə aşıb. Nəticədə avtomobildə olan sərnişin, 2000-ci il təvəllüdlü Əkbərli Suğra Mirağa qızı aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.