Şamaxı və Daşkəsəndə yol qəzaları olub, xəsarət alanlar var
Daşkəsəndə Gəncə-Daşkəsən xətti üzrə işləyən “Mercedes” markalı mikroavtobus “KamAZ” markalı yük maşını ilə toqquşub. Nəticədə 6 nəfər xəsarət alıb. Şamaxıda isə Çuxuryurd kənd sakini, 1980-ci il təvəllüdlü Xəlilov Samir Əlisəfa oğluna məxsus "VAZ 2106", şəhər sakini 1991-ci il təvəllüdlü Daşdəmirov Fərahim Natiq oğlunun idarə etdiyi "Hyundai Sonata" ilə toqquşub. "VAZ"-ın sürücüsü Samir Xəlilov və onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Xəlilova Xumarə Şahvələd qızı xəsarətlərlə Mərkəzi Rayon Xəstəxanasına aparılıblar.