Şamaxı sakinlərindən narkotik və tüfəng götürülüb
Şamaxıda Bakı sakini, əvvəllər də bir neçə dəfə məhkum olunmuş Babək Nuriyev saxlanılıb. Ondan yarım kiloqrama yaxın qurudulmuş marixuana, 400 qramdan artıq tiryək və 167 qram heroin götürülüb. Digər əməliyyatlar nəticəsində isə daha 3 nəfər -Orxan Abuşov, Tacəddin və Rəşid Mustafayevlər tutulublar. Üzərlərindən heroin, marixuana və tiryək aşkarlanıb. Bundan başqa rayon sakinləri - Radil Orucov, Səfər Qaydarov, Ramin Qarayev, İsmət Zeynallı və Əlvan Cəbrayılovdan müvafiq sənədləri olmayan 5 ədəd ov tüfəngi götürülüb.