Şahmatçımız İddiaçılar Turnirində növbəti məğlubiyyətini yaşayıb
Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində növbəti məğlubiyyətini alıb. 28 yaşlı qrossmeyster XII turda üz-üzə gəldiyi hindistanlı Dommaracu Qukeşə uduzub - 0:1. Abasov ağ fiqurlarla oynayıb. Təmsilçimiz hazırda 3 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb.
Zülfiyyə Telmanqızı