Şahmatçılarımız komanda dünya çempionatında iştirak edəcəklər
Noyabrın 19-dan 26-dək Yerusəlim şəhərində şahmat üzrə komanda dünya çempionatı keçiriləcək. Mundialda Azərbaycan komandası da daxil olmaqla, 12 komanda iştirak edəcək. Yığmamızın heyətində Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abbasov, Vasif Durarbəyli, Nicat Məmmədov, Vüqar Əsədli də yer alıblar.