Şagirdlərin yerdəyişməsi dayandırılıb
Ümumtəhsil müəssisələrində qış tətilinin vaxtı açıqlanıb. Elm və Təhsil Nazirliyindən qeyd edilib ki, 27-31 yanvar tarixlərində qış tətili müəyyən edilib. Bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir. Bu arada 2022-2023-cü tədris ilinin I yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi müvəqqəti dayandırılıb. Prosesin yenidən başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.