Şagird yerdəyişməsi müvəqqəti dayandırılacaq
İyunun 3-ü saat 17:00-da cari tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi müvəqqəti olaraq dayandırılacaq. Bir sıra ümumi təhsil müəssisələrinin 2024-2025-ci tədris ili üzrə 2-9-cu siniflərində yaranmış boş yerlərə şagird qəbulu üçün elan edilmiş müsabiqəyə qeydiyyat prosesi də eyni tarixdə başa çatacaq.
Fərid Mehdiyev