Şabranda baş verən yol qəzası nəticəsində 1 nəfər ölüb, 16 nəfər xəsarət alıb
Bakı-Quba yolunun 140-cı kilometrliyində, Şabrandan keçən hissəsində "Mercedes" markalı mikroavtobus eyni istiqamətdə hərəkətdə olan "Chevrolete" markalı avtomobili ötmək istəyərkən toqquşub. Nəticədə mikroavtobus sürücüsü idarəetməni itirərək maşını aşırıb. Mikroavtobusda olan 1 nəfər- 1957-ci il təvəllüdlü Ələkbərov Adil Ələkbər oğlu hadisə yerində dünyasını dəyişib, daha 16 nəfər xəsarət alıb. Hazırda 14 nəfərin müalicəsi Şabran Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə və Reanimasiya şöbələrində davam etdirilir, 2 nəfər Kliniki Tibbi Mərkəzə göndərilib. Məlumata görə, mikroavtobusda olan sərnişinlər fəhlələr olub.