Üç avtoqəzada 1 nəfər ölüb, 6 nəfər xəstəxanalıq olub
Yevlaxda "Niva" markalı avtomobilin idarəetmədən çıxaraq su kanalına düşməsi nəticəsində 1975-ci il təvəllüdlü Rövşən Yusubov dünyasını dəyişib.
Ağstafanın Vurğun qəsəbəsində isə "QAZel"markalı kiçik tutumlu yük maşını ilə minik avtomobili toqquşub. İki nəfər xəsarət alaraq tibb müəssisəsinə yerləşdirilib.
Goranboyda da avtomobilin maneəyə çırpılması nəticəsində 4 nəfər xəstəxanalıq olub.
Vüsalə Cənnətova