Üzərindən silah tapılan şəxsin narkotik bitkilər becərdiyi də üzə çıxıb
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları saxladıqları 34 yaşlı Nicat Cəfərovdan “Makarov” markalı tapança götürüblər. Davam etdirilən tədbirlərlə N.Cəfərovun rayonun Aşağı Küngüt kəndindəki meşə ərazisində yerləşən gölün “ada” hissəsində narkotik tərkibli bitkilər əkib-becərdiyi müəyyən edilib. Oradan ümumi çəkisi 60 kiloqram olan 560 ədəd çətənə kolu, gübrə və yaşayış üçün vacib olan digər vasitələr aşkar olunub.
Azad Mustafayev