Üzərində odlu silah-sursat gəzdirən şəxs saxlanılıb
Mingəçevir polisi üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən, əvvəllər də məhkum olunmuş Ümid Abbasovu saxlayıb. Ondan bir ədəd “Kalaşnikov” avtomatı, daraq və 30 ədəd patron aşkarlanıb. Ü.Abbasov odlu silahı bir il əvvəl əldə etdiyini və yaşadığı evin zirzəmisində gizlətdiyini bildirib. O, avtomatı başqa yerdə gizlətmək məqsədilə apararkən polis tərəfindən saxlanılıb.
Zülfiyyə Telmanqızı