Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olub. İnkişaf etmiş, bütöv Azərbaycanın bütün uğurlarında Heydər Əliyev dühasının bir zərrəsi var. Ümummilli Lider 2003-cü il dekabrın 12-də vəfat edib. Bakıda Fəxri Xiyabanda dəfn olunub. Bu gün Azərbaycan xalqı Heydər Əliyevin xatirəsini ehtiramla yad edir. Rəsmi şəxslər, sadə vətəndaşlar Ulu Öndərin məzarını ziyarət edirlər.
Vüsalə Cənnətova