Özünə məxsus olmayan maşınları satmaq adı ilə "beh" alan şəxs tutuldu
Şirvanda Azər Əliyev müxtəlif markalı avtomobillərin şəkillərini özünə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək, dəyərindən ucuz qiymətə satmaqla dələduzluq edib. Ona zəng edənlərdən "beh" qismində müxtəlif məbləğlərdə pul əldə etdikdən sonra zərərçəkənlərlə əlaqəni kəsib. Polis həmin şəxsi saxlayıb. Fakt araşdırılır.
Zülfiyyə Telmanqızı