Ötən il baş verən yol qəzaları zamanı ölənlərin 75 faizdən çoxu kişidir
Ötən il ölkədə baş verən yol qəzaları zamanı 862 nəfər həlak olub, 1367 nəfər yaralanıb. Baş verən yol qəzalarının sayı isə 1636-dır. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 75,4 faizini, yaralananların isə 72,3 faizini kişilər təşkil edib. 22 hadisə nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib, nəticədə 6 nəfər həlak olub, 29 nəfər yaralanıb.
Fərid Mehdiyev