Ötən il 160 min hektara yaxın sahə quraqlıqdan məhv olub
Ötən il Azərbaycanda 160 min hektara yaxın sahə quraqlıqdan və su azlığından məhv olub. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib ki, ölkəmizdə təxminən 1,5 milyon hektara yaxın suvarılan sahə var. İstehsal olunan kənd təsərrüfatının 90 faizi bu sahələrdən əldə olunur. Nazir məhsulun artırılması üçün suyun sistemli şəkildə idarə olunmasının vacibliyinə toxunub.
Fərid Mehdiyev