Ötən həftə 476,7 hektar ərazi minalardan təmizlənib
ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumat yayıb.
Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 1 piyada əleyhinə mina, 5 tank əleyhinə mina, 725 Partlamamış Hərbi Sursat aşkarlanıb. 476,7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Fərid Mehdiyev