Ölkəyə zərgərlik məmulatlarının qanunsuz keçirilməsinin qarşısı alınıb
Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşları külli miqdarda zərgərlik məmulatının keçirilməsi cəhdinin qarşısını alıblar. İstanbul-Bakı aviareysi ilə gələn iki Azərbaycan vətəndaşında ümumi çəkisi 1 506,32 qram olan qızıl zərgərlik məmulatları aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.