Ölkəyə 60 kq narkotik gətirən 3 nəfər saxlanılıb
Ölkəyə qaçaqmalçılıq yolu ilə 60 kq narkotik gətirən 3 nəfər saxlanılıb. Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının paytaxtda yaxaladıqları Tələt Muradov, Şahlar Qasımov və Famil Əliyev 2 İran vətəndaşı tərəfindən narkuryerliyə cəlb ediliblər. Şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Vüsalə Cənnətova