Ölkədə hava şəraiti kəskin dəyişəcək, temperatur düşəcək
Azərbaycanda havanın temperaturu 5-8 dərəcə aşağı düşəcək, yağış və qar yağacaq. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, oktyabrın 21-i şimal və qərb rayonlarından başlayaraq 23-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimalı var.