Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, Gəncə də daxil olmaqla, bir sıra şəhər və rayonlara qar yağıb, bəzi yerlərdə intensivləşib. Qar örtüyünün hündürlüyü Daşkəsəndə 6, Gədəbəydə 3, Göygöldə 2 sm-dək olub. Daşkəsən, Göygöl, Şəmkirdə dumanlı hava şəraiti müşahidə olunur, görünüş məsafəsi 50-100 metrədək məhdudlaşıb. Güclü qar səbəbindən Şəmkir-Gədəbəy avtomobil yolunda hərəkət çətinləşib. Avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək üçün qabaqlayıcı tədbirlər görülüb. Şəmkir-Kür qəsəbəsi, Şəmkir-Tatarlı və Şəmkir-Yeni Göyçə avtomobil yollarında təhlükəsiz hərəkəti təmin etmək üçün yollara duz qarışıq qum səpilib. Bəzi ucqar dağ kəndlərində elektrik enerjisinin verilişində qısa fasilələr yaranıb. Görülən qabaqlayıcı tədbirlər nəticəsində həmin ərazilərdə işıqın verilişi bərpa olunub.

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik