Ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsini edən şəxslər saxlanılıblar
Şəmkirdə İrandan qeyri-qanuni yolla gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryer - Balakən sakini, Samir Əlibəyov saxlanılıb. Həmin şəxsin çantasından 5 kq 50 qram heroin, 90 ədəd metadon həbi götürülüb.
Kürdəmirdə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, rayon sakinləri Vüsal İmaməliyev və Röyal Əhmədov yaxalanıblar. Həmin şəxslərdən külli miqdarda heroin götürülüb.
Bərdədə isə Röya Qocayeva və Surxay Hacıyev tutulublar. Onlarda 5 qramdan artıq heroin və 150 qrama yaxın qurudulmuş marixuana aşkarlanıb.
Vüsalə Cənnətova