Ölkə ərazisində icazəsiz yaşayan 25 əcnəbi saxlanılıb
Bakıda ölkə ərazisində icazəsiz yaşayan müxtəlif ölkələrin vətəndaşı olan daha 25 nəfər saxlanılıb. Onların pul müqabilində guya ölkəmizdən tranzit kimi istifadə olunmaqla qeyri-leqal yollarla Avropaya keçidinin təmin ediləcəyi vədi ilə dələduzluğa məruz qalmaları müəyyən edilib.
Fərid Mehdiyev