Ölkə başçısına təbriklər gəlməkdə davam edir
Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan Prezidenti İlham Əliyevi Prezident seçkilərində qazandığı qələbə münasibəti ilə təbrik edib. Fəal və konstruktiv ikitərəfli dialoqdan məmnunluğunu ifadə edən bolqar lider, strateji tərəfdaşlığın gələcəkdə daha da inkişaf edərək dərinləşəcəyinə əminliyini bildirib.
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan da Prezident İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.
ATƏT-in Baş katibi Helqa Maria Şmid də Azərbaycan Prezidenti İlham Əliyevə yeni səlahiyyət müddətində müvəffəqiyyətlər arzu edib.
Fərid Mehdiyev