"Sərhədlərin delimitasiyası başlayıb, hətta demarkasiya işləri aparılır. Mən burada çıxış etdiyim zaman bu iş gedir. Buna iki ölkə tərəfindən hər hansı vasitəçi olmadan nail olunub. Bizə vasitəçi lazım deyil". Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib. Dövlət başçısı deyib ki,
Cənubi Qafqaza siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyənlərə imkan verilməyəcək. “Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik. Sülh bu bölgədə yalnız Azərbaycan ilə Ermənistan arasında normallaşma vasitəsilə əldə oluna bilər”, - deyə dövlət başçısı bildirib.
Fərid Mehdiyev