Çempionlar Liqasında ikinci finalçı bəlli olacaq
Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçı bəlli olacaq. Yarımfinal mərhələsinin digər cavab oyununda Almaniya “Bavariya”sı İspaniyada “Real Madrid”lə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23-də başlayacaq. Münhendəki ilk görüşdə 2:2 hesablı heç-heçə qeydə alınıb. Bu cütün qalibi finalda ötən gecə PSJ-ni üstələyən Almaniyanın “Borussiya Dortmund”una rəqib olacaq.
UEFA Konfrans Liqasında isə bu gün ilk finalçı müəyyənləşəcək. Yarımfinal mərhələsinin cavab matçında İtaliyanın "Fiorentina" klubu Belçikada "Brügge"nin qonağı olacaq. İlk görüşdə Florensiya təmsilçisi qələbə qazanıb - 3:2.
Vüsalə Cənnətova