Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub
UEFA Çempionlar Liqasında qrup mərhələsinin IV tur oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub. Bu ada İngiltərənin "Liverpul" klubundan Roberto Firmino, İsrailin "Makkabi" komandasından Omer Atsili, Belçika "Büregge"sindən qapıçı Simon Minyole və İngiltərə "Tottenhem"indən Son Hın Min iddia edir. Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.