Çavuşoğlu regiondakı sabitliyin iqtisadi inkişafa təsirindən danışıb
Cənubi Qafqazda normallaşma prosesi davam edir. Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşması bölgədə sülh və sabitliyə töhfə verəcək. Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Ermənistanlı həmkarı Ararat Mirzoyanla Ankarada keçirilən görüşdən sonra belə deyib.
Çavuşoğlunun sözlərinə görə, regiondakı sabitlik iqtisadi inkişafa da öz təsirini göstərəcək.
Fərid Mehdiyev