Zərdabda oğurluq etməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb
Zərdab Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat - axtarış tədbirləri nəticəsində rayon ərazisində iaşə obyektlərindən, eləcə də mağazalardan oğurluqda şübhəli bilinən 4 nəfər, Yevlax sakinləri - Kərimova Aidə Alxan qızı, Mustafayeva Züleyxa Elman qızı, Mustafayeva Samirə Paşa qızı və əvvəllər də dəfələrlə məhkumluq həyatı yaşamış Mustafayev Bəhruz Arif oğlu saxlanılıblar. Onlar cinayət əməllərini etiraf ediblər. Oğurladıqları geyim və digər əşyalar maddi sübut kimi götürülüb. Faktla bağlı cinayət işi başlanıb.