Zəngilanda bazar fəaliyyətə başlayıb
Zəngilanın Ağalı kəndində yaşayan sakinlərin gündəlik tələbat mallarına olan ehtiyacının ödənilməsi məqsədilə bazar fəaliyyətə başlayıb. Türkiyə-Azərbaycan Qardaşlıq küçəsində yerləşən bazarın ümumi sahəsi 240 m2-dir. Burada Ağalıda istehsal olunan məhsullarla yanaşı, ətraf rayonlarda yetişdirilən kənd təsərrüfatı məhsulları, gündəlik tələbat malları, suvenir, xalça, toxuculuq məmulatları, əl işləri və s. məhsullar satılacaq.