Zəlzələdən ölənlərin sayı 41 min nəfəri ötüb

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 41 020 nəfərə çatıb. Yaralıların sayı isə 100 mini keçib.
Zəlzələ bölgəsində epidemiyaya səbəb olacaq vəziyyət yoxdur. Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca deyib ki, kəskin bağırsaq infeksiyası hallarının sayında artım olsa da, epidemiya aşkarlanmayıb. “Fəlakətdən sonra yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə şəxsi gigiyena, suyun dezinfeksiyası ilə bağlı məlumatlandırıcı broşürlər hazırlanıb. Bu xəstəliklər üçün istifadə olunacaq dərmanlar rayona göndərilib”, - deyə Fəxrəddin Qoca vurğulayıb.
Baş verən dağıdıcı zəlzələlərdən sonra bölgədə 6 mindən çox yeraltı təkan qeydə alınıb. Fövqəladə Halların İdarə Olunması Agentliyindən verilən məlumata görə, afterşoklardan birinin maqnitudası 6,6, 40-a yaxınının maqnitudası isə 5-6 bal arasında dəyişib.
Nərgiz Camalzadə

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik