Zəlzələdən ölənlərin sayı 36 min nəfəri ötüb
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 36 187 nəfərə çatıb, 108 068 nəfər yaralanıb. 216 347 zərərçəkən zəlzələ bölgələrindən başqa ərazilərə təxliyə edilib.
6 fevralda baş verən zəlzələdən sonra ümumilikdə 4 000 afterşok qeydə alınıb.
Türkiyədə bu gündən etibarən axtarış-xilasetmə işləri ilə yanaşı, ağır texnika vasitəsi ilə dağıntıların aradan qaldırılması prosesinə də başlanıb.
Nərgiz Camalzadə