Zəlzələdə ölən gəncəli tələbə sabah dəfn ediləcək
Dünən Malatyada dağıntılar altından ölü tapılan azərbaycanlı tələbələrin cənazələri sabah ölkəyə gətiriləcək. Dünyasını dəyişən tələbələrdən Samir Quliyev Gədəbəyin İnəkboğan kəndindən, 22 yaşlı Şahin Vəliyev isə Gəncə şəhərindəndir. Dəfn mərasimlərinin sabah keçirilməsi planlaşdırılır.
Türkiyədə aparılan axtarış-xilasetmə tədbirləri çərçivəsində indiyə qədər zəlzələ nəticəsində həlak olan Azərbaycan vətəndaşlarının sayı 10 nəfərdir.
Fərid Mehdiyev