Zəlzələ nəticəsində 2 azərbaycanlı tələbənin dağıntılar altında çıxarılması xəbəri dəqiqləşdirilir
Türkiyədə baş verən zəlzələdə xəsarət alan və evləri yararsız hala düşmüş Azərbaycan vətəndaşları ilə bağlı müəyyən məlumatlar mövcuddur. Kahramanmaraş vilayətində dağıntıların altından iki azərbaycanlı tələbənin çıxarıldığı haqqında məlumat Xarici İşlər Nazirliyi tərəfindən araşdırılır. Azərbaycanın Türkiyədəki səfirliyi isə güclü zəlzələdən zərər çəkən, orada yaşayan və müvəqqəti səfərdə olan vətəndaşlarımıza müraciət edib. Olduqları yerdə mövcud Azərbaycan diaspor təşkilatlarının fəalları ilə əlaqədə olmaq, qarşılaşdıqları çətinliklərlə əlaqədar yaşadıqları ərazinin səfirlik tərəfindən təyin olunmuş cavabdeh şəxsləri ilə mütəmadi olaraq əlaqə saxlamaq məsləhət bilinir.
Vüsalə Cənnətova