Zəfər Forumunun növbəti ünvanı Ağstafa rayonu olub
Zəfər Forumunun növbəti ünvanı Ağstafa rayonu olub. Ağstafa ilə yanaşı Qazax, Tovuz, Şəmkir və Gədəbəyi də təmsil edən şəhid ailələrinin, mübaribə iştirakçılarının, şəhər və rayon fəallarının, habelə aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə təşkil olunan Forumda Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi şücaətdən söhbət açılıb. Qazanılan Zəfər haqqında yerlərdə insanların, xüsusilə gənc nəslin illər keçdikdə daha dolğun məlumatlanmasına şərait yaradan tədbirdə hərbi vətənpərvərlik musiqiləri ifa olunub, Vətən müharibəsinə aid səhnələr nümayiş etdirilib.