"Zirə" Avropa Liqasında "Şerif"lə cavab oyununa çıxacaq
"Zirə" klubu UEFA Avropa Liqasının I təsnifat mərhələsində bu gün cavab matçına çıxacaq. Səfərdə 1:0 hesabı ilə qalib gəldiyi Moldova "Şerif"i ilə oyun axşam saat 8-də başlayacaq. Bu cütün qalibi II təsnifat mərhələsində "Elfsborq" - "Pafos" qarşılaşmasında üstün olan komanda ilə üz-üzə gələcək.
Fərid Mehdiyev