"Zirə"nin liderliyi əldən verib, "Qarabağ" birinci pilləyə yüksəlib
Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulub. Sumqayıtın eyniadlı komandası tura lider kimi girən “Zirə”ni qəbul edib. Görüş qolsuz bərabərliklə yekunlaşıb. Bu isə "Zirə"nin liderliyi əldən verməsinə səbəb olub. Əvvəlki oyunlarda “Qarabağ” “Sabah”ı 2:1, “Qəbələ” “Turan Tovuz”u 4:0 məğlub edib, “Səbail” - “Kəpəz” oyunu 0:0, “Neftçi” - “Araz-Naxçıvan” qarşılaşması isə 1:1 hesablı bərabərliklə yekunlaşıb. Premyer Liqada XV turun oyunları 2-4 dekabr tarixlərində keçiriləcək.
Emin İsazadə