"Zirə" yeni futbolçu ilə anlaşıb

2020-01-14 16:06

"Zirə" klubu yeni futbolçu ilə anlaşıb.Komanda Alie Sesayı heyətinə qatıb. 25 yaşlı müdafiəçi ilə 1.5 illik müqavilə imzalanıb. Qeyd edək ki, London "Arsenal"ının yetirməsi olan Sesay daha əvvəl İngiltərə, Yunanıstan və Bolqarıstanda çıxış edib.

Vüsalə Camal