"Zaqreb Open"də 5 güləşçimiz mübarizəyə qoşulacaq
Bu gün Azərbaycanın daha beş güləşçisi Xorvatiyada keçirilən "Zaqreb Open"də mübarizəyə başlayacaq. Yunan-Roma güləşçilərindən 77 kq çəki dərəcəsində çıxış edən Sənan Süleymanov təsnifatda İranlı Amin Yavar Kaviyaninejadla üz-üzə gələcək. 87 kq-dakı idmançılardan İslam Abbasov 1/16 finalda İsveçrəli, Məhəmməd Əhmədiyev təsnifatda Xorvatiyalı ilə güləşəcək. Qadınların yarışında Alyona Kolesnik ilk görüşünü Moldovalı Anastasiya Niçitaya qarşı keçirəcək. Elis Manolova isə ABŞ-lı rəqibinin müqavimətini qırmağa çalışacaq.
Nərgiz Camalzadə