Zaqatalanın 3 sakinində qarayara xəstəliyi aşkarlanıb
Zaqatalanən Faldarlı kəndində, kənd sakini 1972-ci il təvəllüdlü Canqa Süleymanovda qarayara xəstəliyi aşkarlanıb. O, Bakıdakı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Kəndin daha iki sakini - 1983-cü il təvəllüdlü Aliyə Cəfərova və 1995-ci il təvəllüdlü Nail Məmmədovda da xəstəliyin ilkin əlamətləri özünü büruzə verib. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Onlardan müvafiq nümunələr götürülərək laboratoriyada yoxlanmaq üçün göndərilib. Xüsusi həkim briqadası və Zaqatala Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları kəndə ezam edilib.
Fərid Mehdiyev