Zaqatalada üç avtomobil toqquşub, xəsarət alanlar var
Zaqatalanın Aşağı Tala kəndində yerli sakin, 1953-cü il təvəllüdlü Didiy Qazıyevin idarə etdiyi “VAZ 2106” ilə rayon sakini Rəhman İsmayılovun idarə etdiyi eyni markalı avtomobil toqquşub. Qəzadan sonra hər iki avtomobil yolun kənarında dayanan Osman Donbulova məxsus “VAZ”a dəyiblər. Didiy Qazıyev və onun sərnişini, Yuxarı tala kənd sakini, 1957-ci il təvəllüdlü Müzəffər Şıxamirov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Nərgiz Camalzadə