Zaqatalada zəhərlənən 34 nəfərdən 32-si evə buraxılıb
Zaqatalada iaşə obyektində qəbul etdikləri qidadan zəhərlənmə şübhəsilə xəstəxanaya gətirilənlərdən 34 nəfərdən 32-si evə buraxılıb. TƏBİB-dən verilən məlumata görə, digərlərinin vəziyyəti stabil olaraq qiymətləndirilir. Gün ərzində evə buraxılmalar nəzərdə tutulur.
Vüsalə Cənnətova