Zaqatalada sel fəsadlara yol açıb
2021-06-29 12:13
Bu gün səhər saatlarından küləklə müşahidə olunan güclü yağış Zaqatalada bir sıra fəsadlara yol açıb. Çayın daşması nəticəsində Muxax və Yuxarı Çardaqlar kəndində yaşayış evlərinin həyətlərinə su dolub. Bəzi tikililərin dam örtüyü uçub, iri gövdəli ağacların aşması nəticəsində elektrik naqilləri qırılıb. Nəticədə elektrik enerjisinin verilməsi dayandırılıb.
Nərgiz camal