Canlı
Zaqatalada qadını ilan sancıb

2018-07-06 / 16:03

Zaqatalada moruq yığan qadını ilan sancıb. Mamrux kənd sakini 51 yaşlı Məryəm Davudova meşəlik ərazidə moruq yığan zaman kolların arasında olan ilan qəfildən onun sağ əlinin dördüncü barmağından dişləyib. Qadın yaxınlarının köməyi ilə Zaqatala Mərkəzi Rayon Xəstəxansına çatdırılıb. Ona zəhər əleyhinə zərdab vurulub.

Ruhəngiz Hacızadə