Zaqatalada qəza olub

2019-04-13 / 15:49

Zaqatalada qəza olub. 32 yaşlı Ramil Mehdiyev “VAZ” markalı avtomobilin idarəetməsini itirib və maşın yolun kənarındakı ağaca çırpılıb. Sürücü hadisə yerində ölüb. Sərnişinlər 31 yaşlı Ramin Kərimov və 18 yaşlı Camal Hacıyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Qəzaya düşən şəxslər sərxoş vəziyyətdə olublar.

Vüsalə Camal