Zaqatalada qızılcaya yoluxanların son durumu açıqlanıb
Hazırda Zaqatala Rayon Mərkəzi Xəstəxanasında qızılcaya yoluxmuş 8 nəfərin stasionar müalicəsi davam etdirilir. TƏBİB-dən məlumat verilib ki, həmin şəxslərdən 7-si böyük, 1-i uşaqdır. Hər birinin vəziyyəti stabil olaraq qiymətləndirilir. Rayon Xəstəxanasına oktyabrın 11-dən noyabrın 17-dək qızılca simptomları ilə 64 müraciət daxil olub.
Nərgiz Camalzadə