Zaqatalada mal-qara güllələnib
2020-09-24 16:08
Zaqatalada iribuynuzlu mal-qara güllələnib. Muğanlı kənd sakini Rəsul Musayevin verdiyi məlumata görə, ötən gün axşam saatlarında ona məxsus iki baş inək naxırdan qayıtmayıb. Musayev kənd ərazisində inəklərin güllələnmiş cəsədlərini tapıb. O, bu barədə Zaqatala rayon Polis Şöbəsinə müraciət edib.
Vüsalə Camal