Zaqatalada iki VAZ toqquşub, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
2020-03-13 12:04
Zaqatalanın Əliabad qəsəbəsində Yevlaxın Xaldan qəsəbə sakini, 40 yaşlı Seymur Əhmədovun idarəetdiyi “VAZ” markalı minik avtomobili ilə Zaqatalanın Qımır kənd sakini, 32 yaşlı Məcid Məcidovun idarə etdiyi “VAZ” toqquşub. Qəza nəticəsində 68 yaşlı Yevlaxın Xaldan qəsəbə sakini Xeyransa Həmidova aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Hər iki sürücü və 16 yaşlı Yevlaxın Xaldan qəsəbə sakini Allahverdi Həmidov isə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Vəfa Şairova